banner
banner

Sosİal

Vaksin olunmayıb, amma sertifikatı var - Video

Vaksin olunmayıb, amma sertifikatı var - Video

Bakıda ilk dəfə peyvənd üçün poliklinikaya müraciət edən şəxsə vaksin vurulmayıb. Səbəb göstərilib ki, ona Beyləqanda birinci doza peyvənd vurulub.

Cia.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, paytaxt sakini Samir Əsədov koronavirus əleyhinə peyvənd edilmək üçün onlayn növbə götürüb.

Vaksinasiyanın təyin edildiyi gün Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki 24 saylı şəhər poliklinikasına yaxınlaşanda isə qəribə vəziyyətlə üzləşib. Ona deyilib ki, adı peyvənd olunmuş şəxslərin siyahısındadır. Ona görə də Samir Əsədovun vaksinasiyasından imtina edilib.

Bundan sonra Samir Əsədov aidiyyəti üzrə müraciət edib və heç vaxt Beyləqan rayonunda olmadığını bildirib.

Samir Əsədov narahatdır ki, onun adından istifadə edərək kimsə peyvənd olunub. Məsələ ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın həkimi Ofeliya Salahova bildirib ki, Beyləqan rayonunda peyvənd olunan şəxslə paytaxt sakininin adı və soyadı eyni olub.

Rayon xəstəxanasında aparılan araşdırmalardan sonra vaksinin vurulduğu Beyləqan sakini Samir Əsədovun ümumiyyətlə şəxsiyyət vəsiqəsi olmadığı, yalnız doğum haqqında şəhadətnaməsinin olduğu üzə çıxıb. Bildirilib ki, vaksinasiya ilə bağlı qeydiyyat aparanlar onun ad, soyad və ata adını yazarkən sistemdə çıxan fotoya diqqət etməyiblər. Xəstəxanadan yaranmış problemin tez bir zamanda həll olunacağı bildirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.