Yeni ailə quranların Heydər Əliyev mərkəzlərində təntənəli nikah mərasimlərinin keçirilməsi artıq ənənə halını alıb. Növbəti belə mərasim Abşeron rayonunda olub. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Əli Abbasov və Nigar Ələsgərlinin nikah mərasimi keçirilib. Ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Gənclər, həmçinin Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olublar. Mərkəzin direktoru Tükəzban Həsənova yeni ailə həyatı quran gənclərə ən xoş arzularını bildirib. Gənclər nikah mərasiminin dahi rəhbərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını bildirərək, bu günü həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıblar.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.