Cia.az xəbər verir ki, Gürcüstanda Salam Platforması tərəfindən “Soyadımı qaytar” kompaniyası keçirilir. Kompaniya etnik azərbaycanlıların avtoetnik soyadlarını bərpa etmək məqsədini daşıyır. Məlumdur ki, soydaşlarımızın soyadlarının sonundakı ov,ev eva, ova sonluğu Sovet İmperializminin mirasıdır. Gürcüstanda hazırda mövcud olan qanunvericilik bazası milli soyadların bərpasına imkan vermir. Salam Platforması icmanın Gürcüstanda qanunvericilik səviyyəsində soyadında müvafiq dəyişikliklərin edilməsi ilə bağlı sadələşdirilmiş qaydaya müraciət edib. Soyadların bərpası ilə bağlı imza kompaniyası artıq yekunlaşmaq üzrədir.
İctimai fəal Samirə Bayramova cia.aza müsahibəsində vurğulayıb ki, tələb olunan qədər imza toplanarsa, qanun layihəsi müzakirəyə çıxarılacaq. Gürcüstanda yaşayan azərbaycanlılar dədə-baba soyad sonluqlarının qaytarılmasına imza atacaqlar. Avqustun 6- da başlayan petisiya 45 gün davam edəcək,petisiyanın yekununda 25.000 imzaya ehtiyac olacaq. Artıq 1 aya yaxındır başlayan imza kompaniyasında 15.000 dən artıq imza toplanmışdır. Xanım Bayramova onu da vurğulayıb ki, petisiyanın əsas məqsədi və arqumenti Gürcüstanda yaşayan soydaşlarımızın müraciət etdiyi təqdirdə, qeyri-şərtsiz soyadının sonluğundakı şəkilçilərin dəyişdirilə bilməsi və ya keçmişdə babalarında rast gəlinən soyadını bərpa etməsidir.İmzaların toplanmasında azərbaycanlılarla yanaşı digər etnik azlıqlar da maraqlıdır. Bu, tam rəsmi və hüquqi petisiyadır.
Avqustun 2-si Gürcüstan parlamentinin Komitə iclasında Salam Platformasının qeyri -ənənəvi soyad sonluqlarının dəyişdirilməsi hüququnun verilməsi nəzərdə tutan qanun layihəsinin təşəbbüsü müzakirə edilib. İclasda imza toplanmasının həyata keçirilməsi üçün xüsusi blankların verilməsi barədə qərar qəbul edilib. Toplanan imzalar sentyabrın 16-sı parlamentə təqdim ediləcək. Daha sonra qanun layihəsinin qəbul edilib, edilməməsi ilə bağlı parlamentdə səsvermə keçiriləcək.
Elida Muxayeva


