Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud varisini açıqlayıb. Cia.az-ın məlumatına görə, Salman bin Əbdüləziz Əl Səud qardaşı oğlu və daxili işlər naziri olan Məhəmməd bin Nayefini vəliəhdi olaraq təyin edib. Kralın oğlu Şahzadə Məhəmməd Bin Səlman isə ikinci vəliəhd şahzadə və Səudiyyə Ərəbistanı xarici işlər naziri olub. Qeyd edək ki, 2005-ci ildən bəri Səudiyyə Ərəbistanı Kralı olan Abdullah bin Əbdüləziz Al Səud 10 il boyunca ölkəni idarə etmişdi. 90 yaşındakı Kral Abdullahın yanvar ayında ölümündən sonra onun ögey qardaşı Salman ölkənin yeni kralı olub. Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud öz oğlu şahzadə Məhəmməd bin Salmanı isə müdafiə naziri təyin edib. O, həmçinin kral məhkəməsinin başçısı vəzifəsinə təyin edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.