banner
banner

Qadın

Kipriklərinizi uzatmaq üçün 5 qızıl qayda

Kipriklərinizi uzatmaq üçün 5 qızıl qayda

Kirpik gözümüzü xarici təsirlərdən qorumağımıza kömək edir.
Lakin onların uzunluğu, sıxlığı da insana görə dəyişir. Bəzi insanların kirpikləri daha uzun və həcmli olsa da, bəzilərində incə və qısa ola bilir. Həcmli, uzun, sıx kirpiklər demək olar ki, hər qadının xəyalıdır. Bu səbəbdən də incə və qısa kirpiyə malik qadınlar onların uzanıb qalınlaşması üçün bir çox vasitələrə əl atırlar.
Lakin bunun üçün istifadə olunan bahalı vasitələr, saxta kirpiklər bəzən kirpiklərə zərər verir.
Maraqlıdır, təbii vasitələrdən hansıları kirpiklərimizə zərər vermədən daha güclü, həcmli etməyimizə kömək edir?
Evdəki vasitələrlə kirpikləri uzatmağın üsullarını araşdırıb.
1. Zeytun yağı
Bir ədəd kirpik fırçası, ya da pambıq vasitəsi ilə bir neçə damcı zeytun yağını diqqətli və yavaş halda kirpiklərinizə çəkin. Vurduğunuz zeytun yağını 5 dəqiqə kirpiklərinizdə saxladıqdan sonra ilıq su ilə yuyun. Ya da gecə yatmadan əvvəl zeytun yağını kirpiklərinizə vurub yata bilərsiz. Bu üsulu 2 həftə yoxladıqdan sonra nəticə əldə edə bilərsiz.
2. Fındıq yağı
Hər gecə bir ədəd fırçanın köməyi ilə kirpiklərinizə fındıq yağı çəkin. Bir neçə həftəyə nəticəni görəcəksiz.
3. Vazelin
Vazelin kirpiklərin daha uzun və həcmli görünməyinə kömək edən vasitələrdən biridir. Bundan əlavə göz qabağınızdakı dərini daha canlı göstərər. Fırçanın köməyi, ya da əlinizlə vazelini kirpiklərinizə vurun. Bu prosesi gecə yatmadan əvvəl etsəniz, daha tez nəticə əldə edəcəksiniz. Səhər kirpiklərinizdəki vazelini yuyun. Əgər vazelinin kirpiklərinizdən tam çıxmadığını hiss etsəniz, makiyaj siləndən istifadə edə bilərsiz.
4. Badam yağı
Badam yağı qaş və kirpiklərdəki qan dövranını sürətləndirir və daha tez uzanmaqlarına kömək edir. Heç bir əks təsiri olmayan badam yağını yatmadan əvvəl kirpiklərinizə vurun və səhər oyandıqda ilıq su ilə yuyun.
5. Uşaq pudrası
Kirpiklərinizin daha çox, həcmli görünməsini istəyirsinizsə makiyaj etmədən əvvəl kirpiklərinizə uşaq pudrası vurun. Bu proses üçün qulaq çöpündən istifadə edə bilərsiz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz.

Sizi utandıran ayaqqabı qoxusundan belə qurtulun – 2 QIZIL ÜSUL

Ayaqqabı qoxusu insanın özünə inamını azaldan və xüsusilə qapalı məkanlarda tez yayılan bir problemə çevrilə bilir. Bu qoxunun əsas səbəbi təkcə tərləmə deyil. Əsas problem tərlə birlikdə yaranan nəm mühitdə sürətlə çoxalan bakteriyalardır. Bu mikroorqanizmlər tərdəki zülalları parçalayaraq pis qoxuya səbəb olan maddələr əmələ gətirir. Hava keçirməyən ayaqqabılar bu prosesi daha da sürətləndirir. Gün boyu ayaqda qalan ayaqqabı bakteriyalar üçün ideal mühit yaradır.

3 BÜRCÜN bəxti açıldı – Göydən pul yağacaq

Buğa, Şir və Oxatan bürcləri üçün qeyri-müəyyənlik dövrü başa çatır, yerini şans və imkanlarla dolu yeni mərhələ alır. Astroloqların fikrincə, bu 3 bürc üçün ilin qalan hissəsi karyera yüksəlişi, maliyyə artımı və sevgi ilə zəngin bir dövr olacaq.