Cia.az xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat coronavirusa yoluxması barədə məlumat verib . Kazımova xəstəliyi ağır keçirdiyini bildirib:
"Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim çox ağrıyırdı, özümü halsız və gücsüz hiss edirdim. Bəxtimə çox gözəl həkim düşdü. Onun mənə yazdığı müalicə sayəsində 10 gün ərzində sağaldım. Doğurdan da ağır xəstəlikdir. Hazırda hər şey yaxşıdır. Özünüzü qoruyun. Bütün xəstələnənlərə şəfa diləyirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.