banner
banner

Sosİal

ABB Ödənişləri İndi MilliÖNdə!

ABB Ödənişləri İndi MilliÖNdə!

Daima ödəniş sistemini və partnyor şəbəkəsini təkmilləşdirərək, istifadəçilərinə yüksək keyfiyyət standartlarına uyğun təhlükəsiz xidmət göstərmək istiqamətində işlər görən MilliÖN ödəniş sistemi daha bir yeniliklə istifadəçilərini sevindirdi.

Maliyyə sektoru üzrə 45 fərqli bank və maliyyə şirkəti ödənişləri üzrə istifadəçilərinə xidmət təqdim edən MilliÖN, Azərbaycan Beynalxalq Bank ödənişlərini də portfoliyasına daxil edərək bu sayı 46-ya yüksəltdi.

Hazırda bank ödənişləri kateqoriyası üzrə istifadəçilər kredit ödənişi, karta mədaxil, hesaba mədaxil, pul köçürmələri, kredit sifarişi, əmanətin artırılması və cari hesabın artırılması kimi xidmətlərdən istifadə edir.

 

Qeyd edək ki, Azərbaycan Beynalxalq Bankı ödənişləri ilə yanaşı istifadəçilər million.az veb saytı, MilliÖN mobil tətbiqi və MilliÖN  ödəniş terminalları vasitəsi ilə Kapital Bank, Unibank, Bank Respublika, Pasha Bank, Bank of Baku və digər bank ödənişlərini həyata keçirə bilərlər.

MilliÖN daima sizinlə, daima öndə!


 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.