banner
banner

Gündəm

Azərbaycan gəncləri Şuşaya səfər edib

Azərbaycan gəncləri Şuşaya səfər edib

Sentyabrın 10-da Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

Cia.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə reallaşdırdığı səfər çərçivəsində 30 gənclər təşkilatının 50-də çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələrimiz, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən və qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.

 

Gənclər 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrini dərin ehtiramla yad ediblər.

Səfərin iştirakçıları Prezident İlham Əliyevin Cıdır düzündə xalqa müraciəti zamanı söylədiyi “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq” sözlərini xatırlayaraq, ölkə gənclərinin hər zaman dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsi üçün Azərbaycanın hər bir gəncinin səfərbər olduğunu vurğulayıblar.

Şuşa səfər zamanı 44 günlük Vətən müharibəsi dövründə gənclər təşkilatlarının fəaliyyəti və Qarabağa qayıdışla bağlı qarşıdakı fəaliyyət planları müzakirə edilib.

Xatırladaq ki, bundan əvvəl gənclər təşkilatlarının nümayəndələri Gənclər Fondunun təşkilatçılığı ilə Ağdam şəhərinə səfər ediblər.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.