banner
banner

Gündəm

Azərbaycanda evdar xanımlar belə yaşını gizlədir

Azərbaycanda evdar xanımlar belə yaşını gizlədir

 

 Mirələmov kitablarından, monoqrafiyalarından və siyasi fəaliyyətindən daha çox  məlum videosu ilə cəmiyyətdə populyarlıq qazanaraq, məşhurlaşdı. İxtiyarı qınayanlar çox olsa da, bəziləri onunəməllərinin üstündən səti keçərək,  “qocalıq şıltaqlığı”  adlandırdılar. Nədənsə qadınlarımızı istismar edənlər də şulux qocalar  olur, cananları sağ-soluna yığmaqdan son dərəcə xoşbəxt həzz alırlar. Məlum videonu izləyənlər nəticə çıxarıb, cavabsız qalan sualların cavabını tapmağa çalışırdı. Cavabsız qalan suallardan biri iş yerlərində işçilərə qoyulan cins və yaş tələbidir, hara gedib, qapını döyüb iş istəyirsən ilk sualları belə olur, neçə yaşın var? Bizim tələbimiz 20-30 yaş arası xanımlardır. Hamıda belə bir sual yaranırdı, niyə xanım? Və niyə 20-30 yaş arası? Niyə ölkəmizdə 30 yaşdan sonra xanıma dəyərsiz əşya münasibəti bəslənir. 30 yaşlı qadın qoca hesab olunur, əməyi məhdudlaşdırılır. Araşdırsaq, görərik ki, dünyanın heç bir ölkəsində belə bir tələb yoxdur. Ya biz aşırı müasirləşmişik, ya da aşırı geridə qalmış. Nəzər salsaq Azərbaycan qanunlarına görərik ki, elə bir qanun yoxdur ki, qadın 30 yaşdan sonra işə yararsız hesab edilsin. Və yaxud hansısa işə ancaq 20-30 yaşlı xanımlar tələb olunsun. Modellik üçün müraciət edən xanımlarla digər işlər üçün müraciət edən xanımlar arasında disbalans yoxdur. Bəs yazılmayan qanunları qoyanlar kimlərdir və hansı məqsədə xidmət edirlər? Xanımları  işə götürənlər təəssüf ki, biliyə deyil, qızların vizual görünüşünə, loru dildə desək, boyuna-buxununa, əndamına daha çox diqqət edirlər. Qadına sadəcə işçi gözü ilə deyil, “seks obyekti “kimi baxırlar, kəməndə salmağın yollarını axtarırlar.Təbii ki, bunu hamıya və hər yerə şamil etməsək də, acı reallıqdır ki, yuxarıda sadaladığım tələblər əksər iş yerlərində keçərlidir. İş elanlarının manjeti də belədir: “20-30 yaş arası xanımlar tələb olunur”. Bu kimi tələblər çox vaxt gənc qızlarımızı həyatda səhv addım atıb, doğru olmayan qərarlar verməyə vadar edir. Məhz bu səbəblərdən dolayı, Azərbaycanda xanımlar yaş kompleksi yaşayır, yaşlarını gizlətməyə çalışır, gənc görünsünlər deyə, cərrahi müdaxilələrə baş vururlar. Dünya ulduzları yaşını gizlətmədiyi halda, Azərbaycanda evdar xanımlar belə yaşını gizlədir. Çünki onları buna kişilər məcbur edir. 30 yaşdan sonra qadını qoca hesab edib, sütül qız axtaran kişilər.

Bəli, heç kim inkar edə bilməz ki, qadına təcavüz, gənc qızlarımızın istismarı yaşadığımız dövrün ən qlobal problemlərindəndir. Gündən-günə artan qadın özünəqəsdləri bir daha bunu sübüt edir. Hələ də Azərbaycan qadını Fatma nənə ruhundan tam uzaqlaşa bilmir, nə qədər Avropaya inteqrasiya etsək də, Fatma nənə təfəkküründən canımızı qurtara bilmirik. Əksi olsaydı, qadınlarımız Mirələmov kimilərin qurbanı olub, sosial şəbəkələrin trendinə çevrilməzdi.

Elida Muxayeva

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.