Avropa İttifaqı (Aİ) Azərbaycana yeni viza qaydaları tədbiq edir. Cia.az-ın məlumatına görə, bu il iyunun 23-dən etibarən Avropa İttifaqı Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan vətəndaşları üçün yeni viza qaydaları tətbiq edəcək. Bildirilir ki, bundan sonra viza almaq üçün vətəndaşlardan barmaq izləri və rəqəmsal fotoşəkil tələb olunacaq. Aİ-nin fəaliyyətə başlayacağı Viza İnformasiya Sistemi Şengen ölkələrində qısamüddətli vizalar haqqında məlumatların mübadiləsini nəzərdə tutan mərkəzləşdirilmiş məlumat bazasıdır. Bazada biometrik məlumatlar 59 ay ərzində saxlanılacaq. Barmaq izləri konsulluqlarda götürüləcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.