Ayan əməliyyatlarından danışdı: “Burundan aşağı endik“
Müğənni Ayan Babakişiyeva bu dəfə keçirdiyi plastik əməliyyatdan danışıb.
Cia.az xəbər verir ki, ARB telekanalından yayımlanan “Özəl” proqramının qonağı olan Ayan burnunu estetik əməliyyat etdirdiyini deyib.
O, burnundan sonra da əməliyyat masasına uzandığını açıqlayıb:
“Bir çox komplekslərim var idi. Mən burnumdan əməliyyat olunmuşam. Daha sonra burundan aşağı nahiyəyə endik. Əməliyyatım martın 17-si olub. Hazırda yaxşıyam. Rahatam. Özüm-özümü sevirəm. Hərdən güzgünün qarşısına keçirəm. Özümə “Sən çox gözəlsən, amma bundan artıq da gözəl ola bilərsən” deyirəm. Təbii ki, qadın sevildikcə və sevdikcə gözəlləşir və gözəl sevir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.