banner
banner

Dünya

73 yaşlı Ağ Ev rəhbəri

73 yaşlı Ağ Ev rəhbəri

Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident postu uğurunda gedən seçki yarışına daha bir namizəd qoşulub. 
Cia.az-ın məlumatına görə, ABŞ-ın Vermont ştatından olan müstəqil senator Berni Sanders ABŞ prezidenti vəzifəsinə namizədliyini elan edib. Bu barədə “USA Today” xəbər yayıb. 
Xəbərdə bildirilir ki, senator ABŞ prezidentinin seçkilərində Demokratlar partiyasından namizəd olmağı planlaşdırır.
Zəngin korporasiyaların və milyonçuların artması fonunda Amerikada orta sinifin yox olması problemi onun seçkiqabağı kampaniyasının əsas mövzusu olacaq.
73 yaşlı siyasətçi parlamentdə liberal fikirlərlə məşhurdur, lakin o, özünü sosialist adlandırır.
Qeyd edək ki, Sanders ABŞ senatına iki dəfə seçilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.