Rusiya xairici işlər naziri ilə Amerika Birləşmiş Ştatları dövlət katibi arasında telefon danışığı baş tutub. Cia.az-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Serqey Lavrovun ABŞ-ın dövlət katibi Con Kerriylə telefon söhbəti olub. Bu barədə Rusiya XİN-i Xarici İşlər Nazirliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, xarici siyasət idarələrinin başçıları həm də ikitərəfli münasibətləri müzakirə ediblər. Danışığın əsas mövzularından biri Ukraynanın cənub-şərqindəki münaqişənin nizama salınması olub. “Nazirlər Təmas qrupu çərçivəsində 4 işçi alt qrupun yaradılması, 12 fevral tarixli Minsk razılaşmalarının icrası, atəşkəs rejiminə riayət edilməsi, ağır silahların geri çəkilməsi, Ukraynada Konstitusiya islahatının keçirilməsi, humanitar və iqtisadi məsələlərin həll olunmasına dəstək ifadə ediblər”, - deyə xəbərdə bildirilir. Bundan başqa, diplomatlar Suriyada, Liviyada və Yəməndə vəziyyətin nizama salınması barədə də müzakirələr ediblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.