Cia.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin MDB sammitində iştirak etmək üçün oktyabr ayında Belarusa səfər etməyi planlaşdırır.Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o və Putin oktyabr ayında MDB ölkələrinin sammiti üçün Minskə səfərini razılaşdırıblar.
Peskov da bunu təsdiqləyib: "Bəli. Belə planlar var".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.