Ukrayna hökuməti Rusiyanın Krımda nüvə silahı yerləşdirəcəyinə dair bəyanatı ilə əlaqədar narahatlığını ifadə edib. Ukraynanın xarici işlər naziri Pavlo Klımkin Birləşmiş Millətlər Təşkilatının iclasında çıxışı zamanı qeyd edib ki, Rusiyanın bu addımı Nüvə Silahının Yayılmasının Önlənməsinə dair müqaviləyə ziddir. Bir qədər əvvəl Rusiya hökuməti Krımda nüvə silahları yerləşdirmək hüququna malik olduğunu bildirmişdi. “Biz Rusiyanın təcavüzlərinə son qoymaq üçün beynəlxalq fiqurları Ukraynaya dəstək olmağa çağırırıq. Rusiyanın Krımda nüvə silahı yerləşdirmək istəyi insanları narahat etməyə bilməz. Bu planın icrası Ukraynanın qeyri-nüvə ölkəsi statusunu pozacaq. Rusiya bununla, həmçinin, Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında öhdəliklərini yerinə yetirməmiş olur”. Klımkin, eyni zamanda, Ban Ki Munun 9 may qələbə günü ilə əlaqədar Rusiyaya planlaşdırılan səfərini tənqid edib. Nazir qeyd edib ki, Ban Ki Munun BMT-nin qanunlarını pozan Rusiyaya səfəri yalnış ismarış olardı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.