banner
banner

Sosİal

Taksi sürücülərinə xəbərdarlıq olundu

Taksi sürücülərinə xəbərdarlıq olundu

Avropa Oyunlarına artıq 44 gün qalıb. Görülən hazırlıqlar isə demək olar ki, yekunlaşmaq üzrədir.
Paytaxtda keçiriləcək I Avropa Oyunları zamanı ən çox dəyişiklik yol infrasturukturunda həyata keçirilir. Bu idman arenalarına aparan yollarda daha çox nəzər çarpır. Su İdman Kompleksi, Əl Oyunları Sarayı və Kristal Hollun yerləşdiyi Neftçilər prospekti boyu aparılan abadlıq işləri yekunlaşmaq üzrədir.
Su İdman Kompleksi ətrafında yaşlılaşdırma işləri aparılıb. Binaların fasadları yenilənməsi yekunlaşmaq üzrədir. Yol boyu düzülən məlumtaındırıcı lövhələrin sayı artırılıb.
Qeyd edək ki, Avroviziya mahnı müsabiqəsi ərəfəsində yollarda otel və mədəniyyət abidələrinin göstərən lövhələr quraşdırılmışdı. İndi bu siyahıya idman arenalarının yerini göstərən lövhələr də əlavə olunub. 
Daha iri ölçüdə olan bu lövhələrin bəzilərində məlmumatlar İngilis, bəzilərində isə Azərbaycan dilində verilib.
Yol boyu düzülən zibil qutuları da gözümüzdən yayınmadı. Dəmir qablar çox yaxın məsafələrdə qoyulub.
Yolladrda daha bir yenilik - oyun zolaqlarının çəkilişidir. Bu zolaqlar oyunların keçirdiyi ərazilərə gedən yollarda çəkilir. Həmin yollarla stadionların ərazisinə işləyəcək ekspres marşrutlar və idmançıları daşıyan avtobuslar istifadə edə biləcəklər.

3,75 metr eninidə olan oyun zolaqları 15 sm. enində sarı xətlə məhdudlaşdırır. Zolaqları fərqləndirən həm də orada Avropa Oyunlarının loqotipinin çəkilməsidir. Bu tip loqotiplərin həmin yolların kənarlarında da quraşdırılır.

Avropa Oyunlarınını loqtiplərinə “London taksiləri” üzərində də rast gəlmək mümkündür. Bu yeni avtomobillər əsasən ağ rəngdə rənglənib. 
Avtomobillərin üzərinə müxtəlif idman növlərilə bağlı loqolar yapışdırılıb.
Avropa Oyunları ərəfəsində şəhərdə ancaq bu taksilər fəaliyyət göstərəcək. Oyunların keçirildiyi əraziərdə digərlər taksilər fəaliyyəti məhdudlaşdırılacaq.
“Həmin taksilərlə bağlı prosedur qaydalar həyata keçirilir. Taksi sürücülər indidən dərk etsinlər ki, onlar oyuların keçiriləcəyi ərazilərin yaxınlığına buraxılmayacaqlar. Xususən də qeyri-qanuni fəaliyyət göstərən taksi sürücülərin nəzərinə çatdırıram ki, oyunlar zamanı idman arenalarına yaxın ərazilərdə fəaliyyət göstərməsinlər”, – deyə nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Oynlar ərəfəsində avtomobillərin parklanması üçün qaydalar da müəyyənləşib. 

Avropa Oyunlarının keçiriləcəyi idman arenaları ətrafında nəzarət zonaları yaradılıb və xüsusi nişanlarla qeyd olunub. Həmin ərazidə yaşayanlar məhz nişanlanmış sahələrdə maşınlarını saxlaya biləcəklər. 
İş yerləri həmin ərazidə olanlar üçün isə bu qadağan ediləcək.
Artıq parklanma qaydaları ilə bağlı xəritələr tərtib olunub. “Bakı 2015” ərəfəsində və oyunlar zamanı yolu idman arenaları yerləşən ərazilərdən keçən və maraqlanan hər bir vətəndaş, internet saytlarından istifadə etməklə bu xəritələrə baxmaq imkanı əldə edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.