Əsrin sonunadək İslam Xristianlığı ötərək dünyanıın ən böyük dininə çevriləcək. Cia.az-ın məlumatına görə, bu barədə proqnozu nüfuzlu sorğu təşkilatı olan Pew Araşırma Qrupundan Konrad Haket bildirib. “Biz gözləyirik ki, 2070-ci ildə qlobal əhalidə xristianlarla müsəlmanların sayı bərabərləşəcək”- deyə qrupdan bildiriblər. Ekspertlər deyir ki, sorğunun digər nüanslarına da nəzər salmaq lazımdır. Həm müsəlmanlar həm xristianlar üçün bu dəyişikliklərin əsas səbəbi Afrikadakı ümumi əhali artımıdır. Əsrin ortalarına dünya xristianlarının 40 faizi Afrika qitəsində yaşayacaq. Buddistlər üçün isə heç nə dəyişməyəcək- onların sayı yarım milyard olaraq qalacaq. Lakin bəzi tədqiqatçılar ehtimal edirlər ki, şəxsiyyətlərin dini mənsubiyyətlərini ölçmək qeyri-dəqiq elmdir və fantastik iddia olsa da demoqrafik trendlər gözlənilməz istiqamətdə dəyişə bilər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.