İcra başçısının daha bir müavini vəzifəsindən azad edildi
Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinlərindən daha biri vəzifəsindən azad edilib.
Cia.az xəbər verir ki, bu İsmayılov Vüsar Qəşəm oğludur.
Qeyd edək ki, o, Yeni Azərbaycan Partiyasında yeni vəzifəyə təyin edilib. Belə ki, YAP-ın Binəqədi rayon təşkilatının sədrliyi İsmayılov Vüsar Qəşəm oğluna həvalə edilib.
O, bu vəzifəyə 2008-ci ildən təyin edilmişdi. Bunla da icra başçısının müavinlərinin sayı birə (Süleymanova Sevinc Məhəmməd qızı) düşüb. İyulun sonunda Banker.az daha bir icra hakimi müavininin vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yazmışdı.
İsmayılov Vüsar Qəşəm oğlu 6 aprel 1973-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsini, 2006-cı ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini və Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. 1990-1993-cü illərdə Şərur rayonu 16 saylı mexanikləşdirilmiş səyyar dəstədə II dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1994-1997-ci illərdə YAP Şərur rayon təşkilatının "İnam yolu” qəzetində şöbə müdiri, 1997-2000-ci illərdə Təsərrüfat hesablı təmir-tikinti idarəsində hüquq məsləhətçisi, 2000-2001-ci illərdə 3 saylı mənzil tikinti trestinin 18 saylı təmir tikinti idarəsində hüquq məsləhətçisi, Nərimanov rayon ƏƏSMM-də pensiya üzrə müfəttiş, 2001-2008-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifələrində işləmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2008-ci il tarixli 22 nömrəli Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.