banner
banner

Dünya

Baydenin sözü ağzında qaldı

Baydenin sözü ağzında qaldı

 

Cia.az  xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev ABŞ Prezidenti Co Baydenin çıxışının canlı yayımını yarıda kəsib.insident ABŞ Prezidenti Aydaho ştatında ölkənin qərbində baş verən meşə yanğınları ilə bağlı danışarkən olub.

Məlumata əsasən, Bayden sual vermək istəyərkən çıxışı yarıda kəsilib və o, “Üzərində işlədiyimiz məsələlərdən biri...” deyərkən yayım səbəbi izah olunmadan kəsilib.

 

“New York Post”un məlumatına görə, Ağ Ev əvvəllər də Baydenin çıxışının canlı yayımını dayandırıb. Belə güman edilir ki, bu, 78 yaşlı Prezidentin jurnalistlərin suallarına cavab olaraq fikirlərini düzgün izah edə bilib-bilməməyindən ehtiyat etməklə bağlıdır.

Qeyd edək ki, bu yaxınlarda Co Bayden Ağ Evdə çıxış edərkən mikrofon söndürülmüşdü.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.