Yəqin ki, çoxunun yadındadır , təxminən üç il bundan əvvəl Gürcüstanlı soydaşımız Knyaz Əliyev üçün əl-ələ verib gənci yaşatmaq üçün mücadilə apardıq. Gürcüstan sərhəddini aşıb ,Atv televizyası ilə səsini xalqına çatdıran Knyazın səsinə səs verdilər. Həyatda qalması üçün ürək transplantasiyasına ehtiyacı var idi Knyazın.Kasıb kəndli ailəsi üçün 100.000$ məbləği ödəmək qeyri-mümkün idi. Xalqına pənah gətirmişdi Knyazın ailəsi. Dama-dama göl oldu. 100.000$ toplandı. Knyaz Belarusiyaya yeni ürək arxasınca, gənc yaşında ona dərd verən həyata acıq, yola düşdü. Yeni bir ürəklə, yeni bir ümidlə həyata sarıldı. Lakin həyat ona sadəcə 3il möhlət verdi, 3 il...
Əlli milyon azərbaycanlının duası ancaq üç il yaşatdı Knyazı!
Xalqın həyatı uğrunda savaşdığı Knyazın həyat müharibəsində fələk qalib gəldi!
Ürək inqilabının qəhrəmanının ömrü açılmamış solan gülün ömrü kimi yarımçıq qaldı.
Dünən günorta saatlarında Knyaz Əliyevin səhhəti pisləşib, ürəyində yaranan ağır vəziyyət onun həyatını xilas etməyə imkan verməyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.