banner
banner

Sosİal

Oğlu minaya düşərək ölən ananın evi yandı

Oğlu minaya düşərək ölən ananın evi yandı

Bu ilin fevralında Suqovuşanda minaya düşərək həlak olan Bəxtiyar Mahmudovun Tərtərin Şıxarx qəsəbəsində məskunlaşan ailəsinin evi yanıb.

Bu barədə Cia.az-a onun qardaşı Şəhriyar Mahmudov məlumat verib. O qeyd edib ki, hadisə bu gecə qısaqapanma nəticəsində baş verib:

“Gecə saat 2-də şaqqıltı səsləri eşitdim. Oyanıb gördüm ki, ev yanır. Yanğınsöndürənlər gəlib söndürdülər. Evdə olan əşyaların hamısı yanaraq kül olub. Sadəcə 5-6 dənə yanmayan yorğan-döşək qalıb. Hazırda köməksiz vəziyyətdə qalmışıq. Mən qardaşımın uşaqları, gəlin və anamla birgə bu evdə yaşayırıq.  Qapıda evə gəlib baxmalarını gözləyirik. Hələ ki, gələn yoxdur”.

 Ailəsinin bildirdiyinə görə, müharibə zamanı düşmən tərəfindən Bəxtiyargilin evinə mərmi atılıb. Nəticədə, evə ziyan dəyib, tövlə dağıdılıb.

Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın iki körpəsi yadigar qalıb. B. Mahmudovun körpələri hazırda onun gözdən əlil anası Əsli Baxşəliyevaya əmanətdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.