Gələcəkdə parkomatlardan kart vasitəsilə ödəniş etmək mümkün olacaq.
ANS TV-nin məlumatına görə, müvəqqəti duracaqlardan istifadəyə görə artıq telefon və elektron kartlarla da ödəniş etmək mümkün olacaq. Hazırda sürücülərin 80 faizi özləri parkomatlardan istifadə edə bilirlər. Çətinlik çəkənlərə orada olan nəzarətçilər kömək edir. Amma elektron kartlarla ödəniş sistemi tətbiq olunduqdan sonra bu problem də öz həllini tapacaq və heç kimin nəzarətçilərin köməyinə ehtiyacı qalmayacaq. Hər kəs rahat pulunu ödəyib maşınını saxlayacaq.
Avtonəqliyyat İdarəsinin əməkdaşı Rüstəm Həsənəliyev sürücülərin rahat şəkildə kartı vurub pullarını ödəyə biləcəklərini dedi.
Ekspert Azər Allahverənovun sözlərinə görə, əgər nömrələrin avtomatik qeydiyyatı aparılarsa o zaman kart sistemi ilə ödəmə sürücülər üçün sərfəli ola bilər. Amma bu sistem tam halda tətbiq olunmazsa, müsbət nəticə gözləməyin xeyri yoxdur.
Həmçinin gələcəkdə kartların balansını elə parkomatlar vasitəsilə də yoxlamaq mümkün olacaq. Hazırda əsas çətinlik bəzi sürücülərin ödəniş etməkdən boyun qaçırmalarıdır. Amma əgər elektron kartlarla ödəmə olarsa, bu cür xoşagəlməz halların da qarşısı alınar.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.