Erməni terrorundan zərər görən neçə məktəb təmir edilib?
“2020-ci il 44 günlük Vətən müharibəsində erməni terroru nəticəsində Azərbaycanda 45 məktəbə ziyan dəyib”.
Cia.Az-ın məlumatına görə, bunu “Media və təhsil dialoqu” təlimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov bildirib.
Onun sözlərinə görə, onlardan 36-da təmir və tikinti işləri yekunlaşıb.
O qeyd edib ki, Təhsil Nazirliyinin sifarişi ilə bu il 15 sentyabr tarixinə qədər tikilən və əsaslı təmir olunan yeni 37 məktəbin açılışı olub:
“Bu məktəblərdən 22-si bir tipli, 15-i modul tipidir. Dekabr ayı ərzində isə 32 məktəbin açılması planlaşdırılır. Onlardan 16-sı birtipli, 16-sı modul tiplidir”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.