Siqaret çəkən adamlar koronavirusa yoluxmur? - Həkimdən açıqlama
Son günlər sosial şəbəkələrdə siqaret çəkən insanların koronavirusa yoluxmamasıyla bağlı müzakirələr aparılır.
İddialara görə, Çinin Uhan xəstəxanasında müayinə zamanı koronavirusa yoluxan 140 şəxsdən cəmi 2-nin siqaret çəkdiyi məlum olub. Və bununla da belə nəticəyə gəliblər ki, siqaret çəkən insanların virusa yoluxma riski çəkməyənlərdən dəfələrə aşağıdır. Bu səbəbdən insanlar düşünürlər ki, siqaret çəkənlərin yoluxma ehtimalı qat-qat aşağıdır.
Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Deyilənlərin elmi əsası varmı?
Terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlamasında deyilən bu fikirlərin insanların fantaziyası olduğunu söyləyib:
“Sosial şəbəkələrdə dolaşan bu fikirlərin heç bir əsası yoxdur. Xəstəlik artıq dünyada insanların həyatında aktual rol oynayır. İnsanlar bu xəstəlikdən qorunmaq və öz gələcəyini təmin emək üçün müxtəlif fikirlər söyləyirlər. İnsanlar hər gün gərgin vəziyyətdədilər. Eyni zamanda Azərbaycan vətəndaşlarının bu məsələlərlər bağlı fantaziyası güclənməyə başlayıb. Bu bizim insanlara xas olan bir şeydir”.
Həkimin sözlərinə görə, vətəndaşlar mütəxəssislərdən daha çox adi insanlara inanırlar:
“Bir də görürsən ki, bir məsələ üzərində hər hansı bir müzakirə gedir. Bu prosesdə mütəxəssis iştirak etsə də danışmağa imkan vermirlər. Və ancaq özləri danışırlar ki, bu belədi, bu elədi...
Bunun nəticəsində millət bu gün çox ağır durumdadır. Millətimizin xüsusiyyəti bundan ibarətdir. Ancaq özləri danışırlar. Ona görə də görürsən ki, mütəxəssislər qalır bir kənarda adi vətəndaş elə danışır ki, insan məətəəl qalır.
Başa düşmürlər ki, burada mütəxəssis var. Sənin səhvivi tuta bilər. Düz gəlməz, yaxşı olmaz. Bütün bunlara baxmayaraq yenə də baxırsan ki, fantaziya baş alıb, gedir. Bu söhbətlər uydurma fantaziyadan başqa bir şey deyil”.
R.Bağırov siqaret çəkən insanların yoluxma ehtimalının yüksək olduğunu qeyd edib:
“Heç bir əsası olmayan bir söhbətdir. Mənasızdır. Siqaret çəkən insanlarda əksinə o xəstəlik daha güclü inkişaf edir. Çünki siqaret çəkən insanların qanında okigenin miqdarı daha az, karbonun çox olur. Orqanizm daha zəif olur. Yoluxma ehtimalı da yüksək olur”.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.