banner
banner

Sosİal

630 boş iş yeri təklif olunub

630 boş iş yeri təklif olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti "Karyerada ilk addım" devizi altında Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbiri keçirib. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədinə xidmət edən tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a bildirilib ki, bu aktiv məşğulluq tədbirində 15-i dövlət, 88-i qeyri-dövlət sektoruna aid ümumilikdə 103 müəssisə tərəfindən 630-a yaxın boş (vakant) iş yeri təklif olunub. Boş iş yeri təqdim edən müəssisələr sırasında ARDNŞ, "Bakı Gəmiqayırma Zavodu" MMC, “Azərcell Telekom” MMC, “Bakcell LTD” MMC, “Azərfon” MMC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası, Qaradağ Sement ASC, “Norm” MMC, “Baku Electronics” MMC, “Parabank” ASC, “Embawood” və digər iri şirkətlər də olub. 

Müəssisələrin nümayəndələrinin də iştirak etdikləri tədbirdə tələbə və məzunlara mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlar verilib. Onlar işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyət imkanı qazanaraq, gələcəkdə işləmək istədikləri müəssisələrin işəgötürənlərinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər. Eyni zamanda işəgötürənlər gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar.

Tədbir zamanı boş iş yerlərinə göndərişlər də verilib, habelə adıgedən universitetlərin məzunları olmuş bir sıra şəxslərin istəklərinə uyğun olaraq ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində ixtisasartırma kurslarına cəlb olunmaları üçün qeydiyyatı da aparılıb. Bununla yanaşı, Bakı Əmək Birjasının nümayəndəsi də tədbirdə iştirak edərək, yay tətili zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən şəxsləri qeydiyyata götürüb.

Xatırladaq ki, ötən il Dövlət Məşğulluq Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki, Abşeron və Lənkəran rayonlarındakı ali təhsil müəssisələrində 10 aktiv məşğulluq tədbiri keçirib və bu tədbirlər nəticəsində 185 nəfər gənc münasib işlə təmin olunub. Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən aktiv məşğulluq tədbirləri cari il ərzində respublikanın digər ali təhsil müəssisələrində də davam etdiriləcək.




Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.