Dodaqların çatlaması soyuq və quru havaların səbəb olduğu problemdir. Dodaqları çatlaması günlük yemək yeməyə, ağzı açıb-bağlamağa, hətta gülümsəməyə belə problem yaradır.
Dodaq qurumasının səbələri:
1. Bədənin həddən artıq su itirməsi
2. Uzun müddət bir şey yeməmək və içməmək
3. Quru hava
4. Dodaqları dişləmək və dil ilə yalamaq
5. İsti hava və günəşin təsirinə məruz qalmaq
6. Diş xəstəlikləri
7. B12 vitamininin çatışmazlığı
8. Havaya qarşı allergiya
9. Quru və soyuq hava
Dodaqların quruduğu zaman bal ən yaxşı dərmandır. Quruyan dodaqlara bal sürtərək bir qədər gözləyin və vazelin sürtün. Biraz quruduqdan sonra ilıq su ilə dodaqlarınızı yuyun. Bunu 1 həftə ərzində gündə 2-3 dəfə edin. Çölə çıxmadan öncə dodaq nəmləndiricidən istifadə etməyiniz məsləhət görülür.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.