banner
banner

Dünya

İspaniyada vulkan püskürdü, 150-dən çox ev yandı

İspaniyada vulkan püskürdü, 150-dən çox ev yandı

Bir neçə gün əvvəl İspaniyanın Palma adasında vulkan püskürməsi nəticəsində əmələ gələn lavalar 150-dən çox evin yanmasına səbəb olub.

Cia.az  xəbər verir ki, bu barədə məlumatı Palma adasının Şurasının sədri Mariano Sapata açıqlayıb.

Onun sözlərinə görə, hələ sakinlərin yeni qrupunun təxliyyəsi nəzərdə tutulmayıb.

 

Adada vulkan püskürməsi nəticəsində sentyabrın 19-dan bu günə qədər təqribən 6 min sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb. “EFE” agentliyinin məlumatına görə, lava 100 hektardan çox ərazini örtüb. Təbii fəlakət nəticəsində yaralıların olması barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, Palma adasında sonuncu dəfə 1971-ci ildə vulkan püskürməsi qeydə alınıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.