banner
banner

Şou

Övladını birinci sinfə yola salan məşhurlar - Fotolar

Övladını birinci sinfə yola salan məşhurlar - Fotolar

Bu gündən Azərbaycanda yeni tədris ili başlayır. Pandemiya ilə əlaqədar olan uzun fasilədən sonra balacalar məktəbə yollanıb. Onlar arasında tanınmışların da övladları yer alıb.

Bu gün övladını birinci sinfə yola salan məşhurları təqdim edirik:

Aparıcı Elgiz Əkbərin qızı Lalə bu gün birinci sinfə gedənlər arasında olub. Elgiz "Məktəbə gedən bütün balaları təbrik edirəm. Allah bütün valideynlərin üzünü övladları sarıdan güldürsün. Balaca Lalə də bu gün məktəbə gedir, çox sevincliyəm" deyə, bildirib.

Müğənni Elvin Abdullayevin oğlu Tuncay birinci sinfə yollanıb. "Dəyərli balam, məktəbə ilk addımların mübarək. Sevinirəm ki, özüm oxuduğum məktəbə sən də gedəcəksən" deyə, Elvin bildirib.

Aşıq Zülfiyyənin nəvəsi Renat da bu il ilk dəfə məktəbə gedir. Onun şəkillərini aşığın müğənni oğlu Babək paylaşıb.

Müğənni Emma Ələkbərzadənin oğlu David bu ilin birinciləri sırasında yer alıb.

Aktyor İlkin Misgərli bu il qızı Zeynəbi birinci sinfə yola salıb. O, birlikdə fotolarını paylaşaraq "Canım Zeynəbim, ilk dərs günün mübarək. Bütün birinciləri təbrik edirəm" sözlərini yazıb.

Aparıcı Emin Musəvinin qızı Zemfira da birinci sinfə yollanıb. "İlk dərs günü münasibətilə 1-ci sinif şagirdlərini, məktəbə gedən uşaqlarımızı ürəkdən təbrik edirəm. Qızım Zemfira evə istəyir..." deyə, Musəvi paylaşımına qeyd edib.

Aparıcı Aytən Səfərova oğlu Raulu ilk dəfə məktəbə yola salıb. "Zehnin açıq, uğurların bol olsun, Raul balam. Məktəbə yeni qədəm qoyursan, artıq birinci sinfə gedirsən. Vətən üçün oxu, təhsil al, vətənə layiqli xidmət et" deyə, aparıcı övladının fotolarına qeyd edib.

Müğənni Lətifə Soyuözün oğlu Arif də bu gün birinci sinfə yollanıb. Sənətçi övladını məktəbə apararkən çəkilən fotolarını sosial şəbəkədə yayımlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.