Nikaha girdikləri malikanə üstündə məhkəməlik oldular
Hollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında birlikdə əldə edilmiş əmlak bölgüsü üstündə məhkəmə çəkişmələri davam edir. Cia.az “starhit.ru”ya istinadən xəbər verir ki, bu dəfə məhkəmə prosesinin səbəbi Fransada yerləşən “Château Miraval” malikanəsi olub. Malikanənin qiyməti 60 milyon dollardan çoxdur.
Aktyor deyir ki, keçmiş həyat yoldaşı birinci il deyil ki, ona daşınmaz əmlak payını əldə etməkdə mane olur. Ancelina eks-həyat yoldaşının maliyyə maraqlarına məhəl qoymayaraq, öz aksiyalarının 40%-ni satmağa çalışır.
“Ancelina Colinin şirkəti Bred Pittin malikanəyə yatırdığı inanılmaz miqdarda pul və səylərini nəzərə almadan öz gəlirini almaq istəyir. Son dörd il ərzində Colinin “Nouvel” şirkəti müntəzəm olaraq illik hesabatın təsdiqini və menecerin səlahiyyət müddətinin uzadılmasını təxirə salırdı”, - iddia ərizəsində deyilir.
Bredin ətrafından olan insayder bildirib ki, keçmiş həyat yoldaşının addımı aktyoru şoka salıb.
Xatıradaq ki, məhz “Château Miraval” malikanəsində Pitt və Coli nikaha girib. İki il sonra isə Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib. Sonradan məlum olub ki, aktrisa keçmiş sevgilisini aqressiv davranışda və alkoqol asılılığında ittiham edirdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.