"Siz elə bilirsiniz, mənim üçün asandır. Mən kreslodan yapışmıram. Respublika başçısı olmaq Allah qarşısında, xalq qarşısında, prezident qarşısında çox məsuliyyətli işdir. Mən bu vəzifəni istəməmişəm və heç vaxt kreslodan yapışmamışam". Bu sözləri Çeçen Respublikasının başçısı Ramzan Kadırov "Qovorit Moskva" radiostansiyasına müsahibəsində deyib. O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putindən dəfələrlə vəzifədən azad edilməyini istəyib. "Mən 20 dəfə vəzifədən azad edilməyimi istəmişəm, bu gün də istəyirəm". Kadırov qeyd edib ki, Çeçenistan başqa regionlarla müqayisədə Rusiyanı ən çox dəstəkləyən regiondur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.