Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putinlə "o hazır olduqda" görüşəcək.
“Report” xəbər verir ki, bu barədə Ukrayna rəhbəri “RİA Novosti” agentliyinin müxbirinin sualına cavabında bildirib.
"Nə vaxt ki, o (Vladimir Putin-red) hazır olacaq", - Zelenski deyib.
Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Putinlə danışıq fövqəladə dərəcədə mürəkkəb olacaq, amma ona getmək lazımdır. Kuleba həmçinin qeyd edib ki, rəsmi Kiyev iki ölkə prezidentinin görüşünə hazırdır, ancaq onda Moskvanın bu görüşdən çəkinməsi təəssüratı yaranıb.
Ukrayna rəhbəri köməkçisinə qarşı sui-qəsdin arxasında kimin dayanması barədə suala cavab verməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.