Hava dəyişəndə uşaqları necə qoruyaq? – VALİDEYNLƏRİN NƏZƏRİNƏ
Payızda hava tez-tez dəyişir. Bu cür dəyişkən hava uşaqların səhhətinə pis təsir göstərir. Bu səbəbdən qrip virusları sürətli yayılmağa başlayır. Bir çoxları düşünür ki, uşağı qalın geyindirməklə xəstəlikdən sığortalamış olur. Görəsən, övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik?
Cia.az valideynlərə övladlarını belə havada necə qorumağın üsullarını təqdim edir:
Əvvəlcə xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz. Əks təqdirdə, digər uşaqlar da virusa yoluxacaq.
Payız və qışda uşaqların xəstələnməsini istəməyən valideynlər yaz, yay aylarında uşaqlara bol vitaminli meyvə-tərəvəz yedizdirməlidir.
Havalar soyuyanda valideynlər uşaqlarını təmiz havaya çıxarmaqdan ehtiyat edirlər. Yaxşı olardı ki, uşaqlar bol miqdarda təmiz hava qəbul etsinlər.
Uşaqlarda immun sisteminin zəifləməsinin qarşısını almaq lazımdır. Bunun üçün zərərli qidalar, kolbasa-sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul edəndə onların bağırsağında mikroblora məhv olmağa doğru gedir və immunitet zəifləyir.
Əgər uşaq tez tez xəstələnirsə, allergik xəstəlikləri və ya başqa hər hansı bir risk qrupundadırsa, payız aylarında qrip əleyhinə peyvəndlərin vurulması məsləhətdir.
Stress də uşaqların ardıcıl xəstələnməsinə səbəb ola bilər. Valideynlər övladlarını gərginlikdən uzaq tutmalıdılar.
Uşaqların məktəbə gedərkən maskadan, “Oksalin” mazından istifadə etməsi xəstəliyin qarşısını almır. Ancaq uşaqlara gigyena qaydalarının (asqırarkən və öskürərkən ağız və burunu dirsək bükümü ilə tutmaq, mütəmadi olaraq əlləri sabunla yumaq) öyrədilməsi onları əhəmiyyətli dərəcədə qoruya bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.