banner
banner

Sosİal

Bu məşhur obyektlər Xəzəri çirkləndirib

Bu məşhur obyektlər Xəzəri çirkləndirib

Xəzərin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərindən dənizə axıdılan tullantı sularının müəyyən olunması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrinə əsasən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb. 

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Cia.az-a bildirib ki, monitorinqlər zamanı Xaçmaz rayonunun sahil zolağında fəaliyyət göstərən “Bulaq" və "Üç Qardaş" istirahət mərkəzlərindən tullantı sularının təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib:

 

“Eyni zamanda, “Rüfət”, “Dostluq”, “El-Faro”, “Üç Qardaş”, “Yaşıl Ada” ictimai-iaşə obyektlərində və vətəndaş Yusif Abdullayevə məxsus kafedə məişət tullantılarının qalaqlanması faktları aşkar olunub”. 

İdarənin rəsmisi qeyd edib ki, faktlarla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.