“Öz tənqidçin özün ol” – Tünzalə Ağayevanın geyimi müzakirəyə səbəb oldu
Xalq artisti Tünzalə Ağayeva yenidən geyimi ilə müzakirələrə səbəb olub.
Cia.az xəbər verir ki, müğənni qara, kürək dekolteli libası ilə obyektiv qarşısına keçib. O, yeni fotolarını sosial şəbəkədə paylaşıb:
"Özünü bil, özünə dəyər ver, özündən nə istədiyini bil. Səni mükəmməl yaradana çox şükür et. Ətrafdan gözləmədən, ətrafını qınamadan, öz tənqidçin özün ol. Çünki necə düşünürsən, nə yeyirsən, necə rəftar edirsən, necə yaşayırsan, sən məhz osan. Hər şey sənsən. Hər şey səndədir". Sənətçinin fikirlərindən çox geyimi müzakirələrə səbəb olub. Bəzi izləyicilər dekolteli libası ona yaraşmadığını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.