Samirə aylar sonra Tikslə münasibətlərindən danışdı - Video
“Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi “Eurovision.tv” saytına müsahibə verib.
Cia.az xəbər verir ki, ifaçı son vaxtlar KİV-də şəxsi həyatı barədə danışmır, “Eurovision-2021”də Norveç təmsilçisi Tikslə aralarında yaranan sevgi hekayəsi barədə suallara cavab verməkdən imtina edirdi.
Aylar sonra Samirə “Eurovision.tv” üçün istisna edib və sayta müsahibəsində Tikslə aralarında baş verənlərdən danışıb. O, Norveç ifaçısına salam göndərib və bunları deyib: “Biz hər ikimiz çox məşğuluq və əlaqə saxlamırıq. Amma bilirəm ki, onda hər şey yaxşıdır”.
S. Əfəndi, həmçinin üç yeni mahnı üzərində çalışdığını və onları tezliklə dinləyicilərinə təqdim edəcəyini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.