“Sabah” heyətinə yeni futbolçu cəlb edə bilər.
Klubun mətbuat xidmətindəCia.az-a verilən məlumata görə, braziliyalı futbolçu Hiqor Qabriel paytaxt təmsilçisində baxışdadır. Məşqçilər korpusu 22 yaşlı müdafiəçinin oyununu bəyənsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Braziliya "Fluminense”sindən gələn Qabriel bu klubun yetirməsidir.


