Məşhur pop müğənni səhnədə xoşagəlməz halla üzləşib. Amerikalı məşhur pop ulduzu Britni Spirs ötən günlərdə Las Vqeasda verdiyi konsert zamanı ayağı burxularaq yıxılıb. ''Piece Of Me'' səhnəsində ''Till The World Ends'' mahnısını ifa edən müğənni bir anda yerə yıxılıb. Lakin professional müğənni özünü itirməyərək xareoqrafiyaya uyğun şəkildə hərəkət etməyə başlayıb. Daha sonra qollarından yapışan rəqqasların köməyi ilə ayağa qalxaraq ifasını tamamlayıb. 33 yaşlı müğənninin pərəstişkarları ondan narahat olaraq sosial şəbəkədə çox sayda kədərli postlar, tvitlər yayımlayıblar. O isə sevənlərini intizarda saxlamayaraq, səhhətinin yaxşı olduğunu, heç bir zədə almadığını yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.