banner
banner

Sosİal

Zaqatalada sel bir nəfərin ölümünə səbəb olub

Zaqatalada sel bir nəfərin ölümünə səbəb olub

Zaqatala rayonunda qeydə alınmış sel bir nəfərin ölümünə səbəb olub.

Cia.az-ın  məlumatına görə, sentyabr ayının 22-si axşam saatlarından sentyabrın 25-i günorta saatlarına kimi ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Rayonlara sentyabrın 23-ü gecə saatlarında leysan yağışları yağıb. Leysan yağışları nəticəsində Balakən, Katex, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb.

Sentyabrın 23-ü gecə saatlarında çaylardan bir-neçə saat ərazində sel keçib. Sel nəticəsində Balakən və Zaqatala rayonlarında ümumilikdə 700-ə yaxın evin həyətyanı sahəsini və evlərin birinci mərtəbəsini sel suları dolub, hektarlarla əkin sahələrinə və fındıq bağlarına sel suları dolub. Elektrik və rabitə sisteminə ziyan dəyib.

Bundan başqa, Zaqatala rayonunun Qəbizdərə kənd sakini, 1968-ci il təvəllüdlü Abdulbari Müslüm oğlu Abdulxalıqov Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyərkən sel sularında boğularaq ölüb.

Tala çayından sel keçməsi nəticəsində Zaqatala rayonunun 17 min əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su xətti sıradan çıxıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.