banner
banner

Dünya

Yunanıstan Fransa istehsalı olan gəmi alacaq

Yunanıstan Fransa istehsalı olan gəmi alacaq

Cia.az  AFP-yə istinadən verdiyi xəbərə görə, Fransa Prezidenti Emmanuel Makron bu razılaşmanı daha dərin strateji əməkdaşlığın bir hissəsi adlandırıb.

O bildirib ki, Yunanıstan Fransa istehsalı olan 3 “Belh@rra” freqatı (hərbi gəmi) alacaq. Bundan əlavə, yaxın gələcəkdə “Gowind” sinfindən olan 3 korvetin alınması barədə də razılığa gəlinib.

Parisdə səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Fransa Prezidenti ilə görüşündə razılaşmanın detallarını müzakirə edib.

Bildirilib ki, 5 milyard avroluq razılaşma bu gün tamamlanacaq, Yunanıstanın müdafiə və xarici işlər nazirləri qalan detalları müzakirə etmək üçün Parisdə səfərdədir.

Məlumata görə, üç freqat Loryendəki “Naval Group”un gəmiqayırma zavodlarında inşa ediləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.