Rusiya hazırda Ukraynanın şərqində yaranmış nisbi sakitlikdən yeni hücuma hazırlıq üçün istifadə edə bilər. Bunu ABŞ hərbi hava qüvvələri komandanı, NATO-nun Avropadakı qüvvələrinin baş komandanı, general Filip Bridlav deyib. O, ABŞ Konqresində çıxışı zamanı bilfirib ki, Rusiya Ukraynanın şərqində separatçıların ərazi üstünlüklərini qoruyub saxlamaqla qüvvələrini yenidən qruplaşdırmağa çalışır: "Onların bütün hərəkətləri yeni hücuma hazırlaşdıqlarını göstərir.” ATƏT müşahidəçiləri və ABŞ nümayəndələri bildiriblər ki, təmas xətti boyunca atəşkəsə ümumən riayət edilir. Hazırda Rusiya Ukrayna ilə sərhəddə ötən ilin oktyabrından bəri ən böyük canlı qüvvə toplayıb, həmçinin ötən ilin avqustundan bəri buraya ən böyük havadan müdafiə qüvvələri gətirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.