banner
banner

Dünya

Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib

Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib

Fransanın sabiq Prezidenti Nikola Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib.

Cia.az CNN-ə istinadən verdiyi xəbərə görə, Paris məhkəməsi sabiq prezidenti 2012-ci ildə seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə təqsirli bilib.

N. Sarkozi müasir tarixdə Fransanın iki dəfə həbs edilən ilk dövlət başçısı olub.

Məhkəmənin qərarına görə N. Sarkozi həbs müddətini elektron qolbaq taxacaq.

Sabiq prezidentlə yanaşı 13 nəfər də iş üzrə təqsirli bilinib.

Qeyd edək ki, Fransanın yerli qanunvericiliyinə görə seçki kampaniyasına xərclənəcək maksimum məbləğ 24 milyon ABŞ dolları müəyyən edilib, lakin N. Sarkozinin bu istiqamətdə saxta fakturalarla 54 milyon dollardan çox vəsait xərclədiyi müəyyən edilib.

Xatırladaq ki, bu, N. Sarkozinin barəsində ikinci cinayət işidir. Bu ilin martında məhkəmə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilərək ona 3 il həbs cəzası verib, daha sonra həbs cəzasından 2 il silinib.

***

saat 13:22

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin 2012-ci ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinməsi barədə qərar qəbul edib.

Cia.az-ın xəbərinə görə, bu barədə RİA “Novosti” məlumat yayıb.

Hakimi hökmü oxumağa davam edir, cəza açıqlanmayıb.

Nikola Sarkozi məhkəmə iclasında iştirak etmir, onu vəkili təmsil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.