banner
banner

Dünya

Sarkozi bir il müddətinə azadlıqdan məhrum edildi

Sarkozi bir il müddətinə azadlıqdan məhrum edildi

Fransanın keçmiş Prezidenti Nikola Sarkozi Paris İslah Məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum edilib.

Cia.az xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.

 

Məlumata əsasən, məhkəmə Sarkozini 2012-ci ildə seçkiqabağı kampaniyasını qeyri-qanuni maliyyələşdirmədə təqsirli bilib və onu 1 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını elektron qolbaq taxaraq evdə oturmaqla çəkəcək.

Məhkəmə belə hesab edir ki, Sarkozi qanun tərəfindən təyin edilən limitin aşılmasına baxmayaraq seçkiqabağı mitinqləri davam etdirib. Bildirilir ki, Sarkozinin sözügedən kampaniyası üçün 42 milyon avrodan çox vəsait xərclənib. Qanunla nəzərdə tutulan məbləğ isə 22 milyon avro təşkil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.