Ermənistanda “Patron David” adı ilə məşhur olan silah tədarükçüsü David Qalstyan həbs olunub.
Cia.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Məlumata əsasən, “Royalsys Engineering ltd” şirkətinin rəhbəri olan David Qalstyan ölkənin keçmiş müdafiə naziri David Tonoyanla birgə böyük həcmdə pul vəsaitini mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında təqsirli bilinir.
Qalstyan Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiya məhkəməsinin qərarına görə, 2 ay müddətinə həbs olunub.
Qeyd edək ki, Tonoyan və Qalstyan təqribən 4,7 milyon dollar vəsaiti mənimsəməkdə, ictimai təhlükəli əməllər törətməkdə və saxtakarlıqda təqsirli bilinirlər. Bununla yanaşı, David Qalstyan ölkənin Müdafiə Nazirliyinə köhnə və yararsız artilleriya mərmiləri tədarük etməkdə günahlandırılır.
Xatırladaq ki, D. Qalstyan cari ilin fevralın 2-si Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən məhz bu səbəbdən həbs olunmuşdu. Belə ki, o, Müdafiə Nazirliyi ilə 1983-1986-cı illərdə istehsal olunan toplar üçün mərmilərinin tədarükü barədə müqavilə bağlayıb. Buna baxmayaraq, tədarük zamanı bağlanmış müqavilənin tələblərinə cavab verməyən, yəni 1977-ci il istehsalı olan Çexiya silahları üçün köhnə mərmilər təhvil verilib. Bununla belə, Qalstyan Ermənistan Kassasiya Məhkəməsinin qərarı ilə martın 17-si azadlığa buraxılmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.