banner
banner

Hərbİ

Baş prokuror: "Vətən müharibəsində prokurorluq əməkdaşları da döyüşlərdə iştirak edib"

Baş prokuror: "Vətən müharibəsində prokurorluq əməkdaşları da döyüşlərdə iştirak edib"

"Vətən müharibəsində prokurorluq əməkdaşları həm ön cəbhədə, həm arxa cəbhədə iştirak edib".

Cia.az-ın məlumatına görə, bunu "1 oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü" və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ilə bağlı keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

Baş Prokuror qeyd edib ki, Vətən müharibəsi dövründə prokurorluq əməkdaşları da döyüşlərdə iştirak edib: "Digər qrupumuz isə müharibə dövründə törədilən cinayətlərin istintaqı ilə bağlı bir çox işlər aparılıb. Bu prosesdə Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının əməyini xüsusi qeyd etmək istəyirəm. Hərbi Prokurorluq əməkdaşları müharibə dövründə hərbi qulluqçularımızla çiyin-çiyinə səngərlərdə olub".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.