45 yaşlı müğənni Cennifer Lopez yenicə barışdığı sevgilisi, 28 yaşlı rəqqas Kasper Smarta ərə gedir. Cütlüyün toyunun bu ilin dekabrında olacağı deyilir. “Life & Style” jurnalı yazır ki, Cey Lo Havay adalarında və ya Puerto-Rikoda özünə dəbdəbəli toy etməyi planlaşdırır. Mərasimə 3 milyon dollar xərclənəcək. Cenniferin 7 yaşlı əkizləri Emma və Maks analarının toy xəbərini şadyanalıqla qarşılayıblar. Qeyd edək ki, 2011-ci ildən münasibətə başlayan Lopezlə Smart ötən il ayrılmışdılar. Buna isə Kasperin Cenniferə iki transseksualla xəyanət etməsi səbəb olmuşdu. Lakin cütlük bu il yenidən barışıb. Bu, Cey Lonun 4-cü evliliyi olacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.