Dünyanın ən yoxsul ölkələrindən biri olan Papua-Yeni Qvineyada 2018-ci ildə keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Zirvəsində dünya liderlərinin diqqətini çəkmək üçün hökumətin aldığı 40 “Maserati” markalı avtomobil öz qiymətindən ucuz satışa çıxarılıb.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbərliyinin qərarına əsasən, 3 il əvvəl biri 141 min dollara satın alınan lüks avtomobillər indi 114 min dollara təqdim olunur.
Həmin vaxt sözügedən avtomobillər üçün 5,6 milyon dollar xərclənilib və bu maşınlar Zirvə günlərində dünya liderlərini gəzdirib.
Ölkənin maliyyə naziri Sir Con Pundari həmin vaxt 5,6 milyon dolların bu maşınların satın alınmasına xərclənilməsini qorxunc bir səhv adlandırıb.
Qeyd edək ki, lüks maşınlar Şri-Lankadakı “Maserati” filialının vasitəçiliyi ilə alınmışdı. Həmin vaxt ölkəyə 3 ədəd “Bentley” də gətirilmişdi. Bundan başqa, 3 il əvvəl fərqli modellərdə daha 241 avtomobil satın alınmışdı.
Xatırladaq ki, Papua-Yeni Qvineya əhalisinin 40 faizi gündəlik bir dollar belə qazana bilmir. Bu səbəbdən hökumətin üç il əvvəl atdığı addıma görə keçirilən etiraz aksiyalara minlərlə insan qatılmışdı. Bundan sonra bir sıra ölkə başçıları sözügedən avtomobillərin xidmətindən imtina et
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.