SON DƏQİQƏ:Azərbaycanla sərhəddə təlim keçən İran səhvən öz texnikasını vurdu - Yaralılar var
Azərbaycanla sərhəddə təlim keçən İran ordusunda qanlı hadisə baş verib.
Cia.ax xəbər verir ki, İran Azərbaycanla sərhəddə keçirdiyi təlimlərdə "AH-1 SuperCobra" hücum vertolyotlarından yanlışlıqla öz texnikalarına atəş açıblar.
Nəticədə 3 İran əsgəri ağır yaralanıb.Hadisə barədə əlavə məlumat verilməyib.
Bu barədə məlumatı araşdırmaçı jurnalist Elçin Alıoğlu şəxsi feysbuk hesabında paylaşıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.