Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Cia.az AFFA-ya istinadən xəbər verir ki, “Keşlə” klubunun üzvü Elçin Mustafayev zədə səbəbindən heyətdən çıxarılıb, onun əvəzinə “Sabah”dan Abdulla Rzayev hazırlıq prosesinə dəvət olunub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.