banner
banner

Gündəm

Laçına 3D səyahət

Laçına 3D səyahət

Bakıda “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Qafqaz Albaniyası : Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib.
Cia.az-ın məlumatına görə, Azərbaycan dilində, eyni zamanda ingilis və rus dillərində subtitrlərlə istehsal olunan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən biri olan Qafqaz Albaniyası haqqında Ermənistanın elmi dairələrinin və erməni diasporasının dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə tövhə vermək, Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus tarixin, maddi - mədəni irsin, məbəd və kilsələrin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktların dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

“Laçın – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Laçın tayonuna virtual səyahətə çıxır. Film gənc nəslin Qarabağ haqqında vizual məlumatlanmasına tövhə verəcək. 

Xatırladırıq ki, mərkəz ötən il “Qarabağa virtual səyahət” silsiləsindən“Şuşa – virtual səyahət” 3D qrafik təsvirli filmini də təqdim edib.

Tədbirdə mərkəzin Azərbaycan, ingilis, rus dillərində olan rəsmi portalı www.virtualkarabakh.az internet səhifəsinin türk və fransız dillərində olan yeni versiyaları da təqdim olunub.

Xatırladırıq ki, “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.