Hazırda 12 nömrəli Rustavi həbsxanasında saxlanılan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili tibbi yardımdan imtina edib.
Cia.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Məlumata görə, oktyabrın 1-i saxlanılan və elə həmin gün aclıq aksiyasına başlayan Mixail Saakaşvili huşunu itirdiyi halda ona tibbi yardım göstərilməsindən imtina edib.
“Ailəmin və yaxınlarımın kefini pozmaq istəmirəm, lakin huşumu itirəcəyim halda əvvəlcədən tibbi yardımdan və istənilən tibbi müdaxilədən imtina edirəm. Bunu sizi məyus etmək üçün yazmıram, əksinə bunu sizin daha fəal olmağınız üçün yazıram. Hamınızı çox sevirəm”, - deyə Saakaşvili bildirib.
Sabiq Prezidentin sözlərinə görə, o, xalqa azadlığı və demokratiyanı bərpa etməyə kömək etmək üçün Gürcüstana qayıdıb: “Əgər öz varlığımla xalqıma kömək edə bilməsəm, özümü qurban verərək sübut etməyə hazıram ki, Gürcüstan üçün yaşamağa və ölməyə dəyər”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.